Grand Cherokee

Grand Cherokee

70-DƏN ÇOX TƏHLÜKƏSİZLİK VƏ QORUMA ÖZƏLLİYİ

BÜTÜN TƏRƏFLƏRDƏN MÜHAFİZƏ ÜÇÜN TƏHLÜKƏSİZLİK...

İndi 70-dən çox təhlükəsizlik və mühafizə özəllikləri ilə birlikdə 2017 Grand Cherokee avtomobili standart çox təbəqəli sürücü və ön sərnişin oturacağı üçün təhlükəsizlik balışı və əlavə yan pərdə təhlükəsizlik balışlarına malikdir. Avtomobilin önündəki standart əzilmə
zonaları və yandan mühafizə qapı dirəkləri (dizayna əlavə olunmuş) həmçinin artıq enerjinin udulmasına və onun sərnişinlərə təsirinin azaldılmasına kömək edir.

ÖLÜ MƏNTƏQƏLƏRƏ NƏZARƏT

Ölü Məntəqələrə Nəzarət sistemi sürücünün görə bilmədiyi məkanları yoxlamaq və sizin Jeep® Grand Cherokee ilə digər tərəfdəki avtomobil arasında qalan məsafəyə daim nəzarət etmək üçün ikili radar sensorlara malikdir. Sistem avtomobilin çox yaxınlaşdığını
müəyyən edərsə, sizi xəbərdar etməsi üçün səsli zəng siqnalı verəcək və eksteryerin yan güzgülərində işıqlı simvol görünəcək.

PARALEL VƏ PERPENDİKULYAR PARK KÖMƏKÇİSİ

Parketmə bəzən çətin ola bilər. İşləri daha da asanlaşdırmaq üçün Cherokee boş sahələri tanıyan və bir məkanda parketmə qaydalarından sizi agah edən qabaqcıl sistem ilə təchiz olunub. Park köməkçisini ultrasonik sensorlarda işə salmaq üçün sadəcə düyməyə toxunun. Bu sistem ParkSense® Ön və Arxa Park Köməkçisi Sistemi ilə işləyərək əlavə təhlükəsizlik və mühafizə təmin edir.

 

ZOLAQDA SAXLAMA KÖMƏKÇİSİ İLƏ LANESENSE®...

Bu yeni özəlliklər zolaq çərçivəsində sizin mövqeyinizi ölçür. Qeyri-iradi sürüşmə baş verdikdə, sizi bundan xəbərdar edir və avtomobili zolağa qaytarmağınızı təmin edir.

TƏHLÜKƏSİZLİK, MÜHAFİZƏ VƏ NƏZARƏT

Təhlükəsizlik və mühafizə sensorları şəbəkəsi avtomobilin hərəkət istiqamətinə nəzarət etməkdə kömək edir və nəzərdə tutulan yoldan çıxdıqda avtomatik olaraq yardım təmin edir. Elektron Sabitliyə Nəzarət (ESC) Aşmaya Qarşı Sistem (ERM), Antibloklama Əyləc
Sistemi və təkər sürüşməsi baş verdikdə hər sistemi işə salan Bütün Sürətlərdə Dartmaya Nəzarət sistemlərini koordinasiya edir.

PARKVIEW® ARXA GÖRÜNTÜ KAMERASI

2017 Jeep® Grand Cherokee təhlükəsizlik və rahat şəkildə parketmə üçün birlikdə işləyən iki sistemə malikdir. ParkSense® Ön və Arxa Park Yardımı Sistemi ilə yeni ParkView® Arxa Görüntü Kamerası mümkün olan maneələr barədə xəbərdarlıq edərək parkinqi və
geriyə hərəkəti asanlaşdırmağa kömək edir. Geriyə hərəkət etdikdə kamera arxa tərəfin görüntüsünü dinamik diapazonlu xətlərlə video təsvir kimi nümayiş etdirir. Park və digər oxşar manevrlər zamanı bu sistemlər əvvəlcə öndə və arxada görünməyən obyektlərin
diqqətinizə çatdırılmasına kömək edir və vaxtında müdaxilə etməniz üçün sizə səs siqnalı ilə xəbərdarlıq edir.