Continue

Jeep® -in QUBA MACƏRALARI

28 July 2015

Jeep® -in Quba macəraları



Üst-başı palçıqlı, üz-gözündə sevinc, ürəyi həyəcanlı… Yox, uşaq deyillər. Jeep® sahibidirlər. Öz Jeep® -lərini Qubanın Xınalıq kəndi istiqamətində, Qudyalçayı keçərək sınayan ekstrim həvəskarları avtomobillərinin hər hərəkətini xüsusi həyəcanla qarşılayırlar…

Jeep® ailəsi bu dəfə Qubanın dağ kəndlərinə üz tutdu. İştirakçılar isə yolunda və istəklərində sərhəd tanımayan Jeep® Wrangler və dünyada ən çox mükafat almış SUV olan Jeep® Grand Cherokee avtomobilləri idi.
Bu dəfəki “Jeep® Tur” tək ofroud yarışı deyil, bütün Jeep® sahiblərini birləşdirən macəra, əyləncə, ekstrim və komanda ruhunun ifadəsi oldu. Turun kempinq formatı da Jeep sahiblərinin öz istəkləri ilə seçilmişdi. Adi günlərdə rahatlıqdan imtina etməyən Jeeperlər macəra axtarışı və təbiət sevgisi ilə gecəni Qırız kəndində, təbiət qoynunda, çadırlarda keçirdilər.
Jeep® sahibləri avtomobillərinin üstünlük və bacarıqlarından istifadə təcrübələrini paylaşdılar. Turda iştirak edən əməkdaşlar da Jeep® sahiblərinə avtomobillərini “tanımaqda” yardımçı oldular. İstehsalçı sertifikatlaşdırılmış Jeep® təlimatçıları çətin keçilən ərazilərdə Jeep® modellərindəki müxtəlif funksiyalarından istifadə barədə avtomobil sahiblərinə peşəkar məsləhətlər verdilər.

 

Kömək lazımdır? Bizə yazın