Continue

Jeep® 20 avtomobili ilə Şahdağda

30 January 2015

Jeep® 20 avtomobili ilə Şahdağda

“Jeep Tur 2015” adlandırılan bu dəfəki Tur yalnız Jeep Wrangler sahibləri üçün nəzərdə tutulmuşdu. Jeep sahibləri və onların qonaqlarından, eləcə də media nümayəndələrindən ibarət 50 nəfərin iştirak etdiyi turun məqsədi Jeep-in yolsuzluq məharətlərinin Azərbaycanın müxtəlif iqlim və coğrafi şəraitlərinə uyğunluğunu nümayiş etdirmək, Jeep həvəskarlarını brend ilə daha yaxından tanış etmək idi.

Turda iştirak edən bütün avtomobil sahibləri “Şahdağ» Turizm Kompleksində dincəlmək imkanı qazanmışdılar. Əvvəlcə iştirakçılar texniki heyətdən Jeep 4wd sistemləri barədə təlimat alıblar. Daha sonra şam süfrəsi ətrafında bir-biri ilə tanışlıq imkanı qazanan Jeep Wrangler sahibləri brend barədə biliklərini də nümayiş etdirərək müxtəlif hədiyyələr, o cümlədən “Şahdağ” Turizm Kompleksinə 1 gecəlik 2 nəfərlik qonaqlıq paketi qazanıblar.

Turun növbəti günü Jeep Wrangler sahibləri Şahdağın qarlı dağ yollarında, yolsuz meşəlik və talalarında avtomobillərinin yolsuzluq məharətlərini göstərib, bir-biri ilə təcrübələrini paylaşıblar.

Qeyd edək ki, klassik “Jeep” üslubunu və ruhunu özündə əks etdirən Wrangler-in şüarı “Hara istəyirsən get. Nə istəyirsən et” səslənir. Avtomobil Sport, Sahara və Rubicon versiyaları ilə Azərbaycanda təqdim olunur.

Daha əvvəlki Jeep tur ötən ilin yayında Qəbələyə keçirilmişdi. Tur zamanı iştirakçılar yeni Jeep Grand Cherokee-ni də sınaqdan keçirmək imkanı qazanmışdılar.

 

Kömək lazımdır? Bizə yazın