Continue

Yeni Jeep® Cherokee

06 March 2018

Ən bacarıqlı orta ölçülü yolsuzluq avtomobilinin təkamülü üçün yeni, premium dizayn və qabaqcıl texnoloji xüsusiyyətlər.

Yeni zahiri dizayn əsl Jeep® DNK-sına sadiqdir, yenilənmiş daxili dizaynın xüsusiyyətlərinə yeni materiallar, yüklərin rahat yerləşdirilməsi və arxa baqajın tutumunun artırılması daxildir.

Üç tam ötürücü sistem və arxa təkərin ayrılması texnologiyası.

0 və ya 8.4 inç yüksək ayırdetmə qabiliyyətli və geniş sensor ekranlı yeni, dördüncü nəslə mənsub UconnectTM sistemi, eləcə də Apple CarPlay və Android Auto texnologiyası.

Piyada qəza əyləci, irəlidə toqquşma xəbərdarlığı, adaptiv idarəetməyə nəzarət, zolaqdan çıxma xəbərdarlığı, kor zonaların izlənməsi, arxa kəsişmənin aşkarlanması, ParkView arxa kamera, aktiv sürət məhdudlaşdırıcısı, qabaqcıl əyləc yardımı və səkkiz standart hava yastığı daxil olan təhlükəsizlik sistemləri komplekti.

2018-ci ilin ikinci yarısından etibarən Sport, Longitude, Limited və Overland modifikasiyalarında əldə edilə biləcəklər. Gələn ildən etibarən qarşısıalınmaz Trailhawk modeli Cherokee sırasını tamamlayacaq.

Yeni dizayn, bağlantılar üçün əlverişlilik, təhlükəsizlik və texnologiya – Jeep® Cherokee-nin rekonstruksiyasının söykəndiyi dörd sütunu təşkil edir. Ən bacarıqlı orta ölçülü yolsuzluq avtomobilinin Avropa, Yaxın Şərq və Afrika ölkələri regionu üçün premyerada debüt edən son inkişaf etdirilmiş versiyası JEEP DNK-sına sadiq qalan yeni, orijinal və premium dizaynı, əlavə rahatlıq, bağlantılar üçün əlverişlilik və bütün sərnişinlər üçün müdafiə təmin edən istifadəsi rahat texnologiyaları ilə qürrələnir.

Yeni Jeep Cherokee daha rahat və funksional interyerə malikdir, mükəmməl sürüş və idarəetmə xüsusiyyətləri – müstəqil ön və arxa asqıların incə düşünülmüş rahatlığını, eləcə də üç tam ötürücü sisteminin seçilməsinə imkan verən dönüm nöqtəsi mahiyyətindəki yolsuzluq şəraitində hərəkət imkanını təklif edir.

Yeni Jeep Cherokee-ni Sport, Longitude, Limited və Overland modifikasiyalarında əldə etmək olacaq və onlar bu ilin ikinci yarısından etibarən bütün Avropada Jeep sərgi salonlarında olacaqlar. Gələn il Cherokee-lərin sırası qarşısı alınmaz Trailhawk modelinin təqdim olunması ilə tamamlanacaq.

Əsl Jeep dizaynı

Yeni Jeep Cherokee-nin zahiri tərtibatı yeni və müasir görünüş yaratmaq məqsədilə yenilənib. Yeniliklər əsasən brendin premium simasını əks etdirməklə yanaşı, əfsanəvi Jeep üslubuna sadiq qalan seçkin görkəmi ilə səciyyələnən ön hissədə toplanıb. Yeni zahiri dizayn yeni ön panel, LED faralar, gün işığında hərəkət zamanı istifadə olunan lampalar (DRL) və parlaq işlənmə detalları ilə əhatə olunmuş duman əleyhinə faralarla seçilir.

Məşhur fərqləndirici əlaməti “şəlalə” formalı kapotu yeni yüngül çəkili, alüminium struktura malikdir və ön qanadlardan aralıdır, bu da Cherokee-nin xüsusi görünüşünə daha da artırmağa xidmət edir.

Bənzər qaydada Jeep Cherokee-nin yeni dizayn toxunuşlarına malik arxa profili də yeni müasir görünüşü vurğulayır və nəqliyyat vasitəsinin arxa hissəsinə daha harmonik keçidi təmin edir Yeni Cherokee-ni arxa fənərləri arxa işıq qrafikinin ayrılmaz hissəsi olaraq qalır, bura ayrı-ayrı əyləc və dayanma lampalarını çevrələyən, incə və eyni formalı LED işıq zolağı daxildir. Yeni, təkrar dizayn edilmiş, yüngül çəkili kompleks baqaj qapısına müştərilər üçün rahatlığın artırılması məqsədilə daha yüksək mövqedə yerləşdirilmiş çıxarılma mexanizmi olan üfüqi işıq sırası daxildir. Bundan əlavə, əllərdən istifadəni tələb etməyən mövcud baqaj qapısı bamperin altına ayaqla toxunmaqla istifadə edilə bilir.

Müştərilər həmçinin yeni çən qapağı və yanacağın doldurulması üçün qapaqsız boğazlığı yüksək qiymətləndirəcəklər. Nəhayət, Jeep Cherokee CommandView iki şüşəli elektrik lyuku vasitəsilə açıq havada hərəkət zövqünü təklif etməyə davam edəcək. CommandView külək şüşəsindən nəqliyyat vasitəsinin arxasına qədər uzanmaqla həm yolda, həm də yolsuzluq şəraitində mükəmməl mənzərələri görməyə imkan verir.

Jeep Cherokee-nin yenilənmiş interyeri yeni və eleqant toxunuşlar qazanmaqla yanaşı, ağıllı yerləşdirmə imkanları və yeni texnoloji funksiyaları sayəsində rahatlıq və funksionallığı yüksəldir. İnteryerlər yüksək üslublu dizaynı, əllə işlənmiş formaları, yüksək keyfiyyətli materialları, usta işi və detallara diqqətin yetirilməsi ilə seçilir.

Radio üzərindəki tutqun xrom rəngli və yüksək üslublu parlaq qara rənglər, iqlimə nəzarət ventilyatorları, hamar və ahəngdar görünüş yaradan ötürmələri dəyişmə mexanizmi, sürücülərin və sərnişinlərin diqqətini dərhal cəlb edəcək. Elektrik əl əyləci də asan istismar məqsədilə mərkəzi ötürücü altlığı ətrafında çərçivələnib. Doqquz sürətli avtomatik transmissiya ilə təchiz edilmiş bütün modellərdə sükan çarxlarına inteqrasiya olunmuş dəyişdiriciyə nəzarət elementləri birləşdirilib.

Yenidən konfiqurasiya edilə bilən cihazlar şitinə nazik lentli tranzistor (TFT), ağ-qara 3.5 düym və ya 7 düym tam rəngli LED displey daxildir. 7 düym rəngli displey dönmədən-dönməyə naviqasiya, sürət, real vaxt rejimində yanacağa qənaət, təhlükəsizlik xəbərdarlıqları, Adaptiv idarəetməyə nəzarət, audio məlumat, Selec-Terrain (ərazi seçimi) kimi Jeep üçün səciyyəvi funksiyalar daxil olmaqla, sürüş zamanı sürücünün asanlıqla konfiqurasiya edə biləcəyi məlumatları göstərir.

Mərkəzi panel bağlantı xidmətlərinin əl altında olması üçün inteqral USB portun yanında mobil smartfonları və digər cihazların yerləşdirilməsinə mükəmməl xidmət edən ön cibin genişləndirilməsi ilə əlavə yer yaratmaq üçün yenidən dizayn edilib.

Ötürmə mexanizminin gündəlik macəralara asanlıqla uyğunlaşdırılma məqsədilə əlavə, rahat yerləşdirmə sahəsi təklif edən arxa baqaj tutumu da təqribən 30 litrdən çox artırılıb.

Üstün yol performansı

McPherson dayaqlı müstəqil ön asqı və çox bağlantılı müstəqil arxa asqı nəqliyyat vasitəsinin sərnişinləri və sürücüsü üçün üstün rahatlıq təmin etməklə yanaşı yolda və yolsuzluq şəraitində maneələri absorbsiya edir. Daha yüksək hərəkətlilik məqsədilə ön asqı 6.7 hərəkət, arxa asqı 7.8 düym hərəkət təmin edir. İzolyasiya edilmiş arxa dayaq, çox güclü, az qatışıqlı köndələn ön tir və üstün burulma gücü – bütün bunlar daha rəvan və sakit səyahətə və yeni Cherokee-nin mükəmməl idarəetmə təcrübəsinə töhfə verir.

Bənzərsiz Jeep 4×4 xüsusiyyəti

Ön və ya tam ötürücü seçimləri olan yeni Cherokee bütün hava şəraitlərində misilsiz 4×4 funksiyası üçün təkmilləşdirilmiş üç innovativ 4×4 sistemləri təklif edir.

Jeep Active Drive I: Sistem tamamilə yenidən dizayn edilib. Jeep mühəndisləri hər hansı sürətdə tam və ya ön ötürmə zamanı nöqsansız və tam avtomatik istismarı təmin edən yeni nəsil Arxa Çarx Modulunun (RDM) effektivliyini yüksəltmək, çəkisini isə azaltmaq qərarına gəliblər. Bu, çəkinin 8 kiloqrama qədər azalması və yanacağa qənaət üçün aşağı sürət sistemində əyləc momentinin yarıya qədər azaldılması ilə nəticələnib. Sürücüdən hər hansı müdaxilə və ya rəy tələb etməyən Jeep Active Drive I nəqliyyat vasitəsinin stabilliyini təmin edən düzəliş ehtiva edir və həm aşağı, həm izafi dönərlik şəraitində reaksiyanı təkmilləşdirir.

Jeep Active Drive II: Sistem təkmilləşdirilmişdir və dartqı qüvvəsinin idarə edilməsi və aşağı diapazon funksiyaları olan iki sürətli paylaşdırma qurğusu (PTU) ehtiva edir. 4-Low rejimi aşağı sürətli güc və ya dartı üçün on və arxa ötürücü valı bloklayır. Aşağı diapazon – dırmanma bacarığının təkmilləşdirilməsi, eləcə də sərt yolsuzluq şəraitlərində üstün yavaş hərəkət əmsalı üçün 2.92:1 ötürmə məhdudlaşması təmin edir. Bu sistemə həmçinin maillikdən enməyə nəzarət daxildir ki, bu da Cherokee-yə sürücünün əyləcə toxunmasına ehtiyac qalmadan kobud relyeflərdə təpəni nəzarətli şəkildə enməyə imkan verir.

Jeep Active Drive Lock: Jeep Active Drive Lock-a Jeep Active Drive II-nin bütün funksiyalarından əlavə, maneələrin üzərindən keçmək və sərt yolsuzluq şəraitində aşağı diapazonlu ötürmələrdə üstün dartqı qüvvəsi nizamlaması üçün bloklayıcı arxa differensial daxildir. Bu sistem yalnız gələn ildən etibarən Avropa və Avropadan kənar bazarlarda əldə edil biləcək Trailhawk modifikasiyasında təchiz edilib. Ona həmçinin qayalara dırmanmaq, yüksək maillikləri qalxmaq/enmək və ya su zəminlərində keçid üçün ideal 1 km/s – 9 km/s arasında dəyişən sürücü tərəfindən seçilə bilən hədəf sürət imkanı yaradan funksiya – Selec-Speed Control daxildir.

Selec-Terrain: Bütün Cherokee 4×4 sistemlərinə dörd rejimli (Avto, Qar, Sport, Qum/Palçıq) rejimli Selec-Terrain dartı qüvvəsinə nəzarət sistemi daxildir. Trailhawk modifikasiyası ən çətin yolsuzluq macəraları üçün həmçinin Rock (qaya) rejimi təklif edir.

Arxa körpünün ayrılması: bütün 4×4 sistemlərində təchiz olunur, yanacaqdan səmərəli istifadə məqsədilə 4×4 funksiyası tələb olunmadıqda enerji itkisinin azalması ilə nəticələnir. Arxa körpünün ayrılması funksiyası daimi dönmə momenti nəzarəti üçün ön və tam ötürmə arasında nöqsansız dəyişir və sürücünün müdaxiləsini tələb etmir.

Dördüncü nəslə mənsub Uconnect sistemləri ilə istifadəsi rahat texnologiya

Həm sürüş təcrübəsi, həm də sərnişinlərin rahatlığını yüksəltmək üçün nəzərdə tutulan innovasiyalardan əlavə, Yeni Jeep Cherokee-də həmçinin kommunikasiya, əyləncə və naviqasiya funksiyalarını təmin edən ən yeni UconnectTM sistemləri mövcuddur.

Modifikasiyadan asılı olaraq, Jeep Cherokee təkmilləşdirilmiş məhsuldarlıq, daha sürətli işəsalınma və yüksək ayırdetmə funksiyalı qrafikalar nümayiş etdirən sensorların daxil olduğu UconnectTM 5.0-inç, UconnectTM 7.0-inç, UconnectTM 8.4-inç və UconnectTM 8.4-inç NAV sistemləri ilə təchiz edilib. Bu sistemlər sürücüyə iqlim və audio daxil olmaqla çoxsaylı funksiyaları UconnectTM displeyi vasitəsilə idarə etmək imkanı verir. UconnectTM 7.0, 8.4 və ya 8.4 NAV sistemləri ilə təchiz edilmiş Jeep Cherokee modelləri yüksək ayırdetmə qabiliyyətli, tam rəngli geniş sensor ekranlarla seçilir, Apple CarPlay və Android Auto funksionallıqlarını ehtiva edirlər. Bluetooth və Voice Command (Səslə əmr) funksiyaları ilə UconnectTM 5.0-inç – Sport modifikasiyasında standart kimi təklif olunur.

Yeni UconnectTM sisteminə həmçinin təhlükəsiz, rahat və təcrid olunmadan sürüş təcrübəsinin yaşanması üçün əl ilə idarə etmə tələb edilmədən zəng, naviqasiya və mətnin səsə çevrilməsi funksiyaları daxildir. Sürücü və sərnişinlərə Bluetooth, yaxud müvafiq fərdi cihazların USB və ya AUX portlar vasitəsilə birləşdirilməsi ilə internet radio dinləmək imkanı verən, konfiqurasiyaya əvvəlcədən daxil olan radio seçimləri də mövcuddur.

Dönmədən dönməyə təlimat verən UconnectTM naviqasiya UconnectTM 8.4 inç NAV standartıdır və funksiyalarına Jeep müştərilərinin ünvanı asanlıqla deyib hərəkətdə olduqda naviqasiya edə bilməsi üçün bir addımlıq səs giriş sistemi daxildir.

Təhlükəsizlik sistemləri

Jeep Cherokee tam təhlükəsizlik funksiyaları təklif edəcək şəkildə layihələndirilib. Diqqətəşayan birinci təhlükəsizlik elementi Compact U.S.-dir. Güclü özül təmin edən və 65 faiz yüksək güclü poladdan hazırlanmış geniş platforma (CUS-wide). Sonra mühəndislər aktiv ön toqquşma xəbərdarlığı, piyada qəzası əyləci, LaneSense zolaqdan çıxma xəbərdarlığı, qabaqcıl əyləc yardımı, aktiv sürət məhdudlaşdırıcı daxil olmaqla həm aktiv, həm də passiv funksiyalar əlavə etdilər – bütün bunlar ümumilikdə Avropa seriyasına standart kimi təklif edilir. Əlavə təhlükəsizlik funksiyalarına ParkSense paralel/perpendikulyar parklama yardımı, adaptiv idarəetməyə nəzarət, elektron stabillik nəzarəti (ESC), elektron əyilmə məhdudlaşdırıcısı, arxadan kəsişmələrin aşkarlanması ilə birlikdə kor zonanın izlənməsi, dinamik şəbəkə xətləri olan ParkView arxa ehtiyat kamera və səkkiz standart təhlükəsizlik yastığı daxildir.

Kömək lazımdır? Bizə yazın