Məlumatla tanış olun
Məlumatla tanış olun
Mopar şirkəti Chrysler Group LLC -nin ən önəmli hissələrindən birdir. Mopar orijinal ehtiyat hissələrinin, aksessuarlarınının təchiz edilməsi və Chrysler Group LLC avtomobillərinə texniki xidmət məsələləri ilə məşquldur. * Avtomobilinizə qayğı ilə Qlobal səviyyədə Mopar® şirkəti olduqca unikaldır. Buunu bir sıra statistik məlumatlar ilə sübut edə bilərik: şirkət 120-dən çox ölkədə mərkəzlərinə sahibdir. Həmçinin geniş ehtiyat hissələri və aksessuarlar kataloquna malikdir. O, 500 000-dən çox məhsul ilə sizlərə xidmət göstərir. Mopar®-ın əsas missiyası, Fiat S.p.A. və Chrysler LLC müştərilərini etibarlıq və komfort prinsipi ilə qəbul edib, onların avtomobillərinə yüksək səviyyəli xidmət göstərməklə, avtomobillərinin uzun müddətli istismarını təmin etməkdir. Avtomobillər, diler mərkəzlərini tərk edən andan etibarən, Mopar® onların qayğısına qalır, müştərilərə, ən son texnologiyalarla hazırlanmış və yüksək keyfiyyətli ehtiyat hissələri ilə uzun müddətli zəmanət təqdim edir.