Continue

JEEP® CHEROKEE

JEEP® CHEROKEE

YENİDƏN HAZIRLANMASI TARİXİ

Tamamilə yeni Cherokee təkamülçü ruhundan daha çox inqilabi ruha malikdir – sərhədləri aşır və əvvəllər bilinməyən əraziləri kəşf edir. Onun eksteryer dizaynı maksimum aerodinamik səmərəlilik üçün işlənib hazırlanıb.

DİNAMİK KEYFİYYƏT VƏ STİL

Jeep® Cherokee tamamilə yeni hazırlanmış və aerodinamik eksteryeri ilə dünya səviyyəli özəlliklərə malikdir.  LED işıqlandırmalı yeni, daha böyük quyruq lampaları, aerodinamik və əyri arxa baqaj qapısına əlavə olunmuş böyük arxa spoyler avtomobilə dinamik stil bəxş edir. Parıldayan qoşa tüstü boruları bu stilə kiçik mükəmməllik qatır. Cherokee aktiv həyat tərzinizi yüksəltmək üçün universallığa və rahatlığa malikdir. İstər uşaqlar, istərsə də hava ilə doldurulan qayıqlar olsun, Cherokee mükəmməl seçimdir. 60 / 40 nisbətində əyilən ikinci sıra oturacaqları əlavə komfort təmin etməsi üçün 6 düymədək irəli və arxaya qatlana bilir.

TƏKƏRLƏR & ŞİNLƏR

Cherokee irəli getmək, sərhədləri aşmaq və bilinməyən əraziləri kəşf etmək üçün hazırlanıb. Cherokee-nin unikal təkər və şin kombinasiyaları standart kütlədən fərqlənməniz və orijinal olmağınız üçün dizayn olunub.

LED GÜNDÜZ İŞIQLARI

Tamamilə yeni Cherokee qabaqcıl aydınlatma texnologiyası ilə böyük sıçrayış yaradır. Onun LED gündüz işıqları axıcı dinamikası ilə fərqlənir. Aşağıda halogen faralar ehtiyac yarandıqda duman işıqlarının köməyi ilə gecə vaxtı ətrafı işıqlandırır.

RAHATLIQ ÜÇÜN HAZIRLANIB

Həyatınıza nəzarət etmək istəyirsiniz. Daha yüksək məqsədlərə yönəlmək. Macəraya atılmaq. Sadəcə sürücü oturacağına əyləşin, bunun nə demək olduğunu anlayacaqsınız. Əlbəttə bu, rahatdır. ətrafda sizi əl ilə hazırlanmış detallar əhatə edəcək. Hər şey bu azadlığı axtaranlar üçündür. Bura sizin ikinci evinizdir.

TƏNZİMLƏMƏ RAHATLIĞI

Cherokee aktiv həyat tərzinizi yüksəltmək üçün universallığa və rahatlığa malikdir. İstər uşaqlar, istərsə də hava ilə doldurulan qayıqlar olsun, Cherokee mükəmməl seçimdir. 60 / 40 nisbətində əyilən ikinci sıra oturacaqları əlavə komfort təmin etməsi üçün 6 düymədək irəli və arxaya qatlana bilir. Həmçinin arxaya da əyilə bilir.

JEEP® CARGO YÜK YERİ İDARƏETMƏ SİSTEMİ

Jeep® Cargo Yük yeri İdarəetmə Sistemi aktiv həyat tərziniz üçün sizə lazım olan universallığı təmin edərək arxa yük yerindən maksimum istifadənizə imkan verir. Yük konteyneri, çanta soyuducu, ilk yardım dəsti və yolsuzluq aksesuarları təhlükəsiz saxlama həlləri üçün arxa yük rəfinə quraşdırılıb.

 

Kömək lazımdır? Bizə yazın