Continue

JEEP® COMPASS

JEEP® COMPASS

ÜZ-ÜZƏ

Tamamilə yeni Jeep® Compass avtomobilinin eksteryer dizaynı ifadəli və emosionaldır və Jeep® Brendi dizaynında yeni və cəsur bir mərhələ yaradır. Əfsanəvi yeddi hissəli radiator barmaqlığı – Jeep® brendinin ən simvolik özəlliyi kompakt SUV-a yeni və innovativ xarakter qazandırmaq üçün yenidən dizayn olunub.

CAZİBƏDAR PROFİL

Çərçivəsiz dairəvi xrom şüşə sahəsi qara şüşə ilə tam əhatə olunub və Jeep® Compass-a onun sərt və dərhal tanınan duruşu ilə balanslaşdırılmış lüks və mükəmməl bir görünüş bəxş edir. Parlaq qara rəngli dam daha güclü və atletik profil ilə yanaşı unikal və premium görünüş qazandırır və bu, Jeep® Compass avtomobilinin yolda və cığırlarda dərhal tanınmasına imkan verir.

TƏKƏRLƏR VƏ ŞİNLƏR

Trapesiya şəkilli təkər qövsləri və vurğulanmış təkər örtükləri avtomobilə sərt və möhkəm görüntü bəxş edərək eksteryeri tamamlayır. Jeep® Compass məhz yol və yolsuzluq şəraitləri üçün hazırlanmış fərqli təkər seçimlərinə malikdir.

YOLLARI İŞIQLANDIRAN LED

Ön faralar Jeep® Compass-ın ön tərəfinə müəyyən bir xarakter qazandıran qara kənar xətlərlə xarakterizə olunur. Gündüz işıqları üzərində LED işıqlandırma zolağı mövcud olur. İdarəetmə zamanı və gecə düşəndə əsas proyektor faraları ətrafı avtomatik olaraq işıqlandırır.

ÖN RADİATOR BARMAQLIĞI

Əfsanəvi yeddi hissəli radiator barmaqlığı Jeep® brendini simvolizə edir və tamamilə yeni Jeep® Compass avtomobilinə yeni və innovativ xarakter qazandırmaq üçün yenidən dizayn olunub.

EKSTERYER GÜZGÜLƏRİ

Gövdənin rənginə uyğun xrom eksteryer güzgüləri və inteqrasiya edilmiş yan güzgünün siqnal işıqları Jeep® Compass avtomobilinə etinasız qala bilməyəcəyiniz parıldayaneksteryer dizaynı bəxş edir.

TÜSTÜ BORULARI

Parlaq və xrom tüstü boruları Jeep® Compass eksteryerini tamamlayır. Onlar avtomobilin arxa panelinə birləşərək bənzərsiz və bir araya gətirilmiş bir görünüş yaradır.

Kömək lazımdır? Bizə yazın