Continue

JEEP® COMPASS

JEEP® COMPASS

TƏHLÜKƏSİZLİYİNİZ ÜÇÜN HAZIRLANIB

Tamamilə yeni Jeep® Compass Jeep® Brendinin ənənəvi möhkəmlik xüsusiyyətini özündə daşıyır. 70-dən çox təhlükəsizlik və mühafizə özəlliklərinə sahib kompakt SUV ən son texnologiya və müasir texnika ilə təchiz olunub. Jeep® Compass yüksək gücə malik polad və digər qabaqcıl materiallar sayəsində sizi və yaxınlarınızı qoruyur. Sərnişinlər altı standart təhlükəsizlik balışına malik ən mükəmməl təhlükəsizlik balışı sistemlərindən biri ilə daha da yaxşı mühafizə olunur.

TƏHLÜKƏSİZLİK ÖZƏLLİYİ

Tamamilə yeni Jeep® Compass çətin yol şərtləri ilə üzləşdiyiniz zaman sizə kömək etmək üçün standart və əlçatan aktiv təhlükəsizlik və mühafizə funksiyaları ilə təchiz olunub, eyni zamanda sürücüyə avtomobili nəzarətdə saxlamaq və təhlükəsiz hərəkət etməsində kömək etmək üçün avtomobilin performansını tənzimləyir.

PARK®VIEW ARXA GÖRÜNTÜ KAMERASI

The ParkView® Arxa Görüntü Kamerası transmissiya arxa istiqamətə dəyişdirildikdə naviqasiya ekranında görünür. Bu özəlliklər avtomobilin arxasında qalan ərazini geniş bucaqda göstərir, kamera parketmə məkanlarında və ya dar ərazilərdə geriyə hərəkət edən zaman sürücüyə kömək etmək üçün dinamik diapazonlu xətlərdən təşkil olunmuşdur.

PARKSENSE® ARXA PARK KÖMƏKÇİSİ SİSTEMİ

Jeep® Compass avtomobilində mövcud olan bu smart sistem sayəsində dar məkanlara nəzarət edin. Arxa tərəfə quraşdırılmış dörd sensor geriyə hərəkət edən zaman ultrasonik dalğalar yayır. Sürücü obyektə çox yaxın olduqda ona xəbərdarlıq edilir.

ARXA ZOLAĞI TƏYİNETMƏ

Bu sistem parkinq ərazisində arxaya hərəkət edən zaman sürücüyə xəbərdarlıq edir və əgər arxadan digər bir avtomobil keçərsə, vizual işarələr və səs siqnalları ilə sürücüyə təhlükədən xəbər verir. Bu təhlükəsizlik sistemləri avtomobil istənilən vaxt geriyə hərəkət etdikdə işə düşür.

Kömək lazımdır? Bizə yazın