2017 Jeep® Grand Cherokee yenidən işlənilmiş ön paneli, radiator barmaqlığı və led duman işıqları ilə birlikdə yeni eksteryer görünüşə sahibdir. Grand Cherokee-nin dəbli, lakin möhkəm eksteryeri bütün hava şərtlərində etibarlılığı ilə dəstəklənən eleqantlıqla hazırlanmışdır.
Jeep® Grand Cherokee-nin arxa tərəfi aerodinamik spoyler ilə birlikdə böyük quyruq işıqları təklif edir və LED işıqlandırması ilə xarakterizə olunur. Baqaj qapısı arxa pəncərə vasitəsilə geniş görüntü təmin edir, daha alçaq ön panel isə qoşa tüstü borusuna malik modelin səciyyəvi özəlliyidir. Qapaqsız yanacaq doldurma yeri və avtomatik yuxarı açılan baqaj qapısı sadəlik və etibarlılığın təmin edilməsinə kömək edir. Bundan əlavə, Grand Cherokee Summit yedəyə ehtiyac duyulmadığı zamanlarda inteqrasiya edilən yedək örtüyü təmin edir.
Epik yol və yolsuzluq performansı üçün hazırlanmış Grand Cherokee təkər və şinləri ilə bütün yola sahib olur. Standart Şin Təzyiqi Monitorinq Sistemi ilə birlikdə avtomobil həmçinin Yolsuzluq Qrupuna daxil edilmiş 18 düymlü təkər seçimləri təklif edir.
Yeni Grand Cherokee interyeri lüks örtük üçün yumşaq zamşaya bənzər tavana malikdir. Kənarları tikişli olan sırıqlı oturacaq yastıqları yumşaq və elastik Laguna dəri işləməli interyeri vurğulayır. Parlaq, real taxta işləmələr dəbdəbəli və cəlbedici interyerə mülayimlik və dəb qatır. Dəbdəbə və komfortdan əlavə ön və arxa oturacaqlar qızdırılır və ventilyasiya olunur.
Grand Cherokee indi fərdi parametrləri və qrafiklərinizi uyğunlaşdırmağa imkan verən qabaqcıl Nazik Film Tranzistoru (TFT) texnologiyası ilə yeni konfiqurasiya edilə bilən 17.8 sm-lik (7 düym) çox görüntülü monitora malikdir. Avtomobilinizlə bağlı ətraflı məlumatlar qabaqcıl rəng koordinatlı panelə inteqrasiya olunur, belə ki, siz spidometri, naviqasiya ekranını, Selec-Terrain® sistemindəki parametrləri, Quadra-Lift® asqı sistemi barədə
məlumatları və daha çoxunu görə bilərsiniz.
2017 Grand Cherokee avtomobilində üç audio sistem var:
• iki cihaz panelinə quraşdırılmış yüksəktezlikli səsucaldıcı, iki ön qapıya quraşdırılmış səsucaldıcı və arxa qapının tam diapazonlu səsucaldıcıları ilə birlikdə 6 səsucaldıcı
• 25.4 sm-lik (10 düym) sabvufer və 506 vattlıq gücləndiriciyə malik doqquz səsucaldıcı sistemi
• Logic 7® çox kanallı çevrə-səs çevrilməsi sisteminə malik 19 səsucaldıcılı Harman Kardon® GreenEdge® səsucaldıcı sistemi