Continue

JEEP® GRAND CHEROKEE

JEEP® GRAND CHEROKEE

UCONNECT ™ SİSTEMLƏRİ

Uconnect ™ Sistemləri sizin əyləncə, ünsiyyət, naviqasiya, bir sözlə Jeep® Grand Cherokee-də bütün rahatlığınızı təmin edir. Bluetooth® Streaming Audio, Voice Command sistemləri və rahat 8.4 düymlük sensor ekran, tamfunksiyalı naviqasiya kimi mövcud funksiyalar sayəsində siz avtomobildə ikən hər kəslə bağlantıda ola biləcəksiniz.

PREMİUM AUDİO SİSTEMLƏR

İki standart premium audio sistem mövcuddur: 9 dinamikli Alpine® Surround Sound sistemi və çoxkanallı səsləndirmə və 19 yüksək keyfiyyətli dinamiklə təchiz olunmuş Harman Kardon®.

PARALEL VƏ PERPENDİKULYAR PARK KÖMƏKÇİSİ

Parketmə bəzən çətin ola bilər. İşləri daha da asanlaşdırmaq üçün Cherokee boş sahələri tanıyan və bir məkanda parketmə qaydalarından sizi agah edən qabaqcıl sistem ilə təchiz olunub. Park köməkçisini ultrasonik sensorlarda işə salmaq üçün sadəcə düyməyə toxunun. Bu sistem ParkSense® Ön və Arxa Park Köməkçisi Sistemi ilə işləyərək əlavə təhlükəsizlik və mühafizə təmin edir.

 

ZOLAQDA SAXLAMA KÖMƏKÇİSİ İLƏ LANESENSE® ZOLAQDAN AYRILMA XƏBƏRDARLIĞI SİSTEMİ

Bu yeni özəlliklər zolaq çərçivəsində sizin mövqeyinizi ölçür. Qeyri-iradi sürüşmə baş verdikdə, sizi bundan xəbərdar edir və avtomobili zolağa qaytarmağınızı təmin edir.

PARKVIEW® ARXA EHTİYAT KAMERASI

Jeep® Grand Cherokee sizin rahat və təhlükəsiz park etməyiniz üçün birgə çalışan iki sistemə malikdir. Yeni Arxa Ehtiyat Kamerası ParkView® ParkSense® Ön və Arxa Parketmə Yardımçısı sistemi ilə birgə sizi mümkün maneələr barədə xəbərdar edərək parketmə və geri hərəkəti təmin edir. Kamera arxaya hərəkətin yolu üstündəki videogörüntünü ekranda dinamik xətlər toru ilə əks etdirir. Parketmə və digər manevrlər zamanı bu sistemlər ön və arxa istiqamətdə olan obyektləri öncədən aşkar edib zamanında reaksiya verməyə kömək edir.

MÖVCUD QƏZA XƏBƏRDARLIĞI SİSTEMLƏRİ

Hətta ən diqqətli sürücülər belə bu sistemləri yüksək qiymətləndirirlər. Əgər siz hər hansı obyektə sürətlə yaxınlaşırsınızsa, Qəza Nəticələrinin yüngülləşdirilməsi funksiyalı Qarşı Qəza Xəbərdarlığı sistemi sizi səsli və vizual formalarda xəbərdar edəcək və əgər qəza qaçılmazdırsa, əyləcləri avtomatik aktivləşdirəcək. Adaptiv Kruiz-Kontrol (ACC) avtomatik olaraq hərəkət sürətini tənzimləyir və sizinlə qarşınızdakı avtomobil arasında olan təhlükəsiz ara məsafəsini təmin edir.