Continue

Grand Cherokee SRT

Grand Cherokee SRT

MÜKƏMMƏL İSTİSMAR XARAKTERİSTİKASI

Selec-Track® sistemi sürücünü istismar xarakteristikasını maksimuma yüksəltmək məqsədilə idarəetmə sazlamalarında dəqiq düzəlişlər etmək imkanı ilə təmin edilib. Asqı, fırlanma momentinin paylanması, sürət dəyişdirmə qaydası, tarazlığa nəzarət və mühərrik xaraktristikaları cədvəlinin tərtib edilməsi sadə menyu vasitəsilə idarə olunur. Beş sazlamadan hansının seçildiyindən asılı olaraq, yüksək texnologiyalı Özü sazlanan amortizasiya sistemi asqının amortizasiya klapanlarını açır və bağlayır.

SÜRƏTLƏNMƏKDƏN ÇƏKİNMƏ

Brembo markalı, yüksək istismar xarakteristikalı əyləc sistemi dörd təkərli, disk şəkilli bloklanma əleyhinə əyləc sisteminə (BƏTS) malik olmaqla, Grand Cherokee SRT® avtomobilinin dayanma gücünü təmin edir.

CARİ VAXT REJİMİNDƏ İDARƏETMƏ GÖSTƏRİCİLƏRİ

Məsafədən ölçülən və cari vaxt rejimində qeydə alınan göstəricilər artıq yalnız yarış yolu və ya dinamometrik sınaq stendi ilə məhdudlaşmır. SRT® modelinin istismar xarakteristikaları haqqında SRT® Performance Pages+ adlı məlumat səhifələri Uconnect® sisteminin 8,4 düymlük sensorlu ekranı üzərində nümayiş etdirilir və hərəkət əsnasında tarazlıq idarəetməsi, tormozlama, mühərrikin at gücü, mühərrikin fırlanma momenti və sürətlənmə kimi statistik əhəmiyyətli istismar xarakteristikalarını təqdim edir.