Continue

JEEP® RENEGADE

JEEP® RENEGADE

"AÇIQ HAVADA İDARƏETMƏ TƏCRÜBƏSİ"

1941-ci ildə istehsal olunmuş ilk Willys MB Jeep® avtomobillərindən ilhamlanan tamamilə yeni 2015 Renegade iki My Sky açıq hava dam sistemi ilə sizə açıq havada idarəetmə azadlığı təklif edir. Bu seqmentin eksklüziv dam sistemləri hər səfərdə həyəcanverici panoramik görüntü təmin edir. Əl ilə idarə olunan çıxarılan panellər və avtomatik əyilmə/sürüşdürülmə funksiyalarına malikdir.

HƏYAT TƏRZİNİZƏ UYĞUN FƏRDİLƏŞMƏ

Boş vaxtınızı necə keçirirsiniz? Sərbəst şəkildə snoubort sürməkdən zövq alırsınız, yoxsa dostlarla haykinqdən? Həyat tərziniz necə olursa olsun, özünüz və Renegade avtomobilinizə uyğun mükəmməl Mopar aksesuarları tapın.

EMOSİONAL DİZAYN İLƏ TƏSİR EDİN

Tamamilə yeni Jeep® Renegade-in interyeri əl ilə hazırlanmış detallar, yenilikçi və yüksək keyfiyyətli rəng və material özəllikləri, ən müasir texnologiya və ağıllı saxlama həlləri ilə xarakterizə olunur. Onun möhkəm və enerjili görünüşü brendin əfsanəvi irsinə sadiq qalaraq onun orijinallığını növbəti səviyyəyə qaldırır.
Ekstremal idman növləri vasitələrindən ilham alaraq hazırlanmış dizayn konsepti qüsursuz detallar ilə yumşaq formaların kəsişməsini özündə ehtiva edir. Onlar birlikdə güclü və qalıcı emosional təsirə malik unikal bir element yaradır.

BU CÜR RAHATLIQ HEÇ VAXT OLMAMIŞDI...

Yeni Jeep® Renegade-in interyeri gözəçarpan materialların funksional özəlliklər ilə məntiqli kombinasiyasından hazırlanıb. Yumşaq toxunuşlu panellər yolsuzluq sərgüzəştləri üçün labüd olan sərnişin tutacaqları kimi sərt funksional elementlər ilə kəsişir. Əfsanəvi Jeep® brendi irsindən ilhamlanan dizayn elementləri bir-birilə zövqlə əlaqələndirilib. Yeni Jeep® Renegade-in interyer xüsusiyyətləri ilə daha yaxından tanış olmaq üçün qalereyaya baxın.

 

İLHAMLANMIŞ RƏNG VƏ ÜZLÜK KOMBİNASİYALARI

Yeni Jeep® Renegade-in interyer xüsusiyyətlərinə ekstremal idman növlərində istifadə olunan eynəklərdən ruhlanaraq anodlaşdırılmış rəngli işləmələrə malik yüksək keyfiyyətli materiallardan hazırlanmış erqonomik oturacaqlar aiddir.

ÖZÜNÜZƏMƏXSUS İZ QOYUN

Yeni Jeep® Renegade ilə imkan məhdudiyyəti yoxdur. Siz həmçinin öz fərdi ehtiyaclarınıza uyğun aksesuar yarada bilər və əlavə Mopar® interyer aksesuarlarından seçərək sizi təcəssüm etdirən nişanə buraxa bilərsiniz.

 

Kömək lazımdır? Bizə yazın