Continue

JEEP® RENEGADE

JEEP® RENEGADE

BİRİNCİ OL: 9-PİLLƏLİ AVTOMATİK TRANSMİSSİYA

Yeni Jeep® Renegade temperatura, sürətə nəzarət edərək və elektron sabitliyə nəzarət sistemini işə salaraq, eyni zamanda spesifik yol şərtləri üçün 20-dən çox individual yol xəritəsi təklif edərək idarəetmə rahatlığı və performansı artıran 9 pilləli avtomatik transmissiyaya malik ilk kompakt SUV-dur. Bu yeni sürət qutusu sistemi cəld sürətlənmə və hamar sürət dəyişməsi ilə daha çevik idarəetmə təcrübəsinə zəmanət verir və magistral
yollarda idarəetmə üçün idealdır.

EKSTREMAL 4X4: ACTIVE DRIVE SİSTEMİ

Bütün idarəetmə şərlərinə uyğunlaşan sinfində ən yaxşı 4×4-ə malik yeni Jeep® Renegade əsl Jeep® DNT-sinə sahibdir və sizə iki innovativ transmissiya sistemi təklif edir: Jeep® Active Drive və Jeep® Active Drive Low.

JEEP® ACTIVE DRIVE

Jeep® Active Drive sistemi tam avtomatikdir və istənilən sürətdə dörd təkər idarəetməsi ilə və dörd təkər idarəetməsi olmadan qüsursuz ötürmə təmin edir. Bu sistem sürücü müdaxiləsi tələb etmir, dinamik hadisə zamanı əyilməni düzəldir və dönmə zamanı aşağı və aşırı reaksiyaları təkmilləşdirir.

JEEP® ACTIVE DRIVE LOW

Jeep® Active Drive Low sistemi Jeep® Active Drive sistemi əsasında qurulub və 4×4 özəlliyi üçün 20:1 sürüşmə nisbəti təmin edir. Bu sistem Selec-Terrain- ə Yoxuşdan Düşməyə Nəzarət funksiyası əlavə edir və Trailhawk modelində təkərin dartma qüvvəsini maksimum etmək və yerə tutunmanı artırmaq üçün “Rock” Selec-Terrain rejimi mövcuddur.

NƏZARƏTƏ DAVAM: YOXUŞDAN DÜŞMƏ KÖMƏKÇİSİ

Yoxuşdan Düşmə Köməkçisi (HDC) əyləc pedalına basmadan sərt və sürüşkən ərazilərdə yoxuşdan düz və təhlükəsiz şəkildə düşməyi təmin edir. Aktivləşdirildikdə avtomobil optimal sürət və təcilin təmin olunması üçün hər təkərin sürətinə nəzarət edən Antibloklama Əyləc Sistemindən istifadə edərək dik yamaclarla aşağı enir.

BÜTÜN ŞƏRTLƏRDƏ MÜKƏMMƏL: SELEC-TERRAIN®

Jeep® Active Drive və Active Drive Low brendin Selec-Terrain® dartmaya nəzarət sistemlərinə malikdir. Selec-Terrain® optimal performans üçün sizə arzu etdiyiniz yol və yolsuzluq parametrlərini tənzimləmənizə imkan verir. Beşədək fərdi parametr seçimi ilə istədiyiniz yerə gedin, istədiyinizi edin:
Jeep® Active Drive Low sistemi ilə birlikdə Auto, Snow, Sand və Mud rejimləri və yalnız Trailhawk modelində

RENEGADE TRAILHAWK, YOLSUZLUQ DNT-Sİ

Dartma, artikulyasiya, yerdən hündürlük, manevretmə və sudan keçmə kimi özəlliklərdə maksimum performans təqdim edən, ən çətin yollardan keçmək üçün hazırlanmış Renegade Trailhawk ilə hətta keçilməz yolların öhdəsindən gəlin.

Kömək lazımdır? Bizə yazın