Continue

JEEP® RENEGADE

JEEP® RENEGADE

YOL HƏRƏKƏT NİŞANLARININ TANINMASI (TSR)

Tam müasir bir funksiya olaraq ön kamerandan sürətin məhdudlaşdırılması və yol-hərəkət nişanlarının tanınması ilə sürücünü məlumatlandırmaq üçün istifadə edir. Bu funksiya heç bir GPS və xəritə dəstəyi tələb etmir. Renegade modellərində mövcud TSR sayəsində təhlükəsizlik yeni səviyyəyə qalxır.

HƏRƏKƏT ZOLAĞINDAN ÇIXMA XƏBƏRDARLIĞI PLUS

Avtomobilin hərəkət zolağındakı vəziyyətinə kameralar nəzarət edir, əgər avtomobil məqsədyönlü olmadan hərəkət zolağını dəyişirsə, sistem vizual və səsli xəbərdarlıq verir. Bundan başqa, hərəkət olaqları qarışdırıldıqda Hərəkət Zolağının Saxlanması Yardımçısı (Lane Keeping Assist) electron sükan idarəetməsindən istifadə edərək, sürücüyə öz hərəkət zolağına qayıtmaq üçün dəstək olur.

GÖRÜNMƏYƏN ZONANIN MONİTORİNQİ VƏ ARXA ÇARPAZ YOLLARIN AŞKARLANMASI

Sizin avtomobillə digər şəxslər arasında məsafəni daim nəzarətdə saxlayaraq, Görünməyən Zonaya Nəzarət Sistemi sizə təhlükəsiz məsafəni qorumaqda kömək edir. Görünməyən zonadan hər hansı nəqliyyat vasitəsi yaxınlaşdıqda yan güzgülərdəki işqılanan düymə və ya səs siqnalı ilə sizi xəbərdar edir.

APPLE CARPLAY

Uconnect ™ 8,4 ″NAV və 7 düymlük DAB radio sayəsində öz iPhone cihazınızla daim əlaqədə qalın. Apple CarPlay-də mövcud bu funksiyalar sayəsində iPhone istifadəçiləri asanlıqla Apple Maps, telefondakı sms-lərə və səsli idarəetmə Siri və ya sensor ekran olan Uconnet vasitəsilə Apple Music-ə qoşula biləcəklər.

GERİYƏ ETİBARLI HƏRƏKƏT

Arxa Görüntü Kamerası ParkView®Rear vasitəsilə parketmə yerlərinə asanlıqla girib çıxmaq mümkündür. Bunun üçün ParkView sistemi Uconnect ™ sensor ekranı üzərindən Renegade ətrafında genişbucaqlı görüntü ilə təmin edir. Gizli qalan obyektlərin aşkar olunduğu zaman səsli və görüntülü xəbərdarlıqlar sürücüyə anında reaksiya verməyə şərait yaradır.

SƏSİN GÜCÜNDƏN HƏZZ AL

Sizin sürmədən yaşadığınız zövq heyranedici təmiz səs üçün nəzərdə tutulmuş BeatsAudio ™ Premium səs sistemi sayəsində daha əvvəlki təcrübənizdən yerlə göy qədər fərqlənəcək. Sistemə doqquz dinamik daxildir – iki ədəd alətlər panelində quraşdırılmış 3,5 düymlük yüksək tezlikli dinamiklər, iki ədəd arxa qapılarda quraşdırılmış 1 düymlük yüksək keyfiyyətli dinamiklər, ön/arxa qapılarda dörd ədəd 6 × 9 düymlük dinamiklər və 1 ədəd 6,5 düymlük sabvufer. Üstəgəl, studiya keyfiyyətində səs üçün səkkiz kanallı 560 Vatt gücündə rəqəmsal gücləndirici.

Kömək lazımdır? Bizə yazın