Continue

JEEP® WRANGLER UNLIMITED

JEEP® WRANGLER UNLIMITED

ÖZƏYİNƏ QƏDƏR ORJİNALDIR

Öz təkər topları, ənənəvi yeddidəlikli radiator barmaqlıqları, çıxarıla bilən qapıları və dam örtüyü sayəsində 2015 Wrangler Unlimited modeli dəbdəbəli və bacarıqlıdır. Mövcud gövdə rəngli Freedom Top® bərk dam örtüyü variantı Sahara və Rubicon modellərində mövcuddur.

CAZİBƏDAR VƏ ƏZƏMƏTLİ

Wrangler Unlimited modeli Jeep® avtomobilinin konstruktiv elementlərini birləşdirməklə, sizə bütün hava şəraitlərində istismar imkanı bəxş edir və bu, onun bir 4×4 transmissiyalı çevik avtomobil kimi torpaq yolda hərəkət etmə məharəti və çıxarıla bilən dam örtüyünə və qapılara malik olması ilə təsdiqlənir.

TƏBİƏTƏ YAXIN OLUN

Heç bir digər Jeep® markalı, 4×4 transmissiyalı avtomobildə çöl sərgüzəşti həvəskarları üçün bu qədər dam örtüyü variantı təklif olunmur. Yığma, Freedom Top® markalı bərk dam örtüyü sayəsində siz rəngləri qarışdıra bilərsiniz və ya gövdə rəngində bərk dam örtüyü düzəldə bilərsiniz. Yaxud siz asanlıqla saxlana bilən və asanlıqla açıla bilən Sunrider® markalı yumşaq dam örtüyünü seçə bilərsiniz..

TƏKƏRLƏR VƏ ŞİNLƏR

2015 Jeep® Wrangler Unlimited modeli standart və mövcud təkər variantları ilə səciyyələnir və onlar həyata keçirilməyə layiq olan hər hansı səfərin əsasını təşkil edir.  Wrangler Unlimited modelində sizə şose və torpaq yolda heyrətamiz idarəetmə təəssüratı bəxş etmək naminə düzəldilən geniş çeşiddə təkərlər və karkas təklif olunur.

ƏLA KEYFİYYƏTLİ OTURACAQLAR

2015 Wrangler Unlimited modeli rahatlıq naminə layihələndirilən interyeri ilə fəxr edir. Siz əla keyfiyyətli Sedosa parçası və ya McKinley markalı və naxışlı tikişli dəri ilə üzlənən oturacaqlardan həzz alacaqsınız. Siz həm də qızdırılan ön oturacağın, işıqlandırılan stəkan altlıqlarının faydasından bəhrələnəcəksiniz.

DƏRİ ÜZLÜKLÜ SÜKAN

KİLİDLƏNƏN MƏRKƏZİ KONSOL

YUYULA BİLƏN SALON

ƏŞYALARINIZ ÜÇÜN GENİŞ SAHƏ

Wrangler modelində onun 60/40-a nisbətində iki hissədən ibarət olan və qatlanan yastı oturacaqları sayəsində geniş saxlama yeri əmələ gəlir. Mərkəzi konsol və kilidlənə bilən, asan girişə malik, iki mərtəbəli, qapaqlı siyirmələrə malik olan saxlama qutusu qiymətli əşyaları təhlükəsiz şəraitdə saxlayır. Siz həm də arxa yük bölməsinin altındakı saxlama qutusunda əşya axlamaq üçün yerə, əlavə olaraq əşyaları əl altında saxlamaq üçün bütün qapılar üzərində əşya saxlama torlarına malik olacaqsınız.  .

Kömək lazımdır? Bizə yazın