Continue

JEEP® WRANGLER UNLIMITED

JEEP® WRANGLER UNLIMITED

OLDUĞUNUZ HƏR YERDƏ DAİMİ MÜHAFİZƏ

Wrangler avtomobili geniş çeşiddə texniki və fiziki təhlükəsizlik funksiyaları, o cümlədən hava yastığının açılması dərəcəsini zərbənin gücünə uyğunlaşdırmaqla avtomobildəki adamların mühafizəsini təmin etməyə kömək edən, standart, qabaqcıl, çox gedişli, ön hava yastıqları ilə birlikdə təchiz olunur.

HAVA YASTIQLARI VƏ BLOKLANMA ƏLEYHİNƏ ƏYLƏCLƏR

Wrangler avtomobili geniş çeşiddə standart texniki və fiziki təhlükəsizlik funksiyaları ilə birlikdə təchiz olunur: ön hava yastıqları, şosse/torpaq yolunda dördtəkərli, disk şəkilli, bloklanma əleyhinə əyləc sistemi (BƏƏS), Əyləcə kömək sistemi və s.

ENİŞDƏN ENMƏYƏ NƏZARƏT SİSTEMİ

Enişdən enməyə nəzarət sistemi sizin enişdən aşağıya doğru hərəkət edərkən və buna ən çox ehtiyac olduğu halda qaz pedalına, sürətə və əyləcə nəzarət etməyinizə kömək edir.

QOŞQULARA NƏZARƏT SİSTEMİ

Nə yan külək, nə də digər nəqliyyat vasitələrinin hərəkəti sizə və arxada qoşqu edilmiş kütləyə təsir edə bilməyəcək. Elektron tarazlığa nəzarət sisteminin (ETNS) bir hissəsi kimi, Qoşma arabanın yellənməsinə nəzarət sistemi (QAYN) sizin texniki və fiziki cəhətdən təhlükəsiz şəkildə öz hərəkət istiqamətinizdə və nəzarət altında qalmağınızın təmin olunmasına kömək edir. l.

ŞİN TƏZYİQİNƏ NƏZARƏT SİSTEMİ

Avtomobilinizi hər zaman yüksək əminliklə idarə etmək üçün bütün Wrangler modelləri üzərində şin təzyiqinə nəzarət ekranı sistemi təchiz olunur.

MƏSAFƏDƏN AÇARSIZ GİRİŞ, İŞƏ SALMA VƏ MÜHAFİZƏ SİSTEMİ

Məsafədən açarsız giriş sistemi sizin qapıları kilidləməyinizə və açmağınıza imkan verir. Sentry Key® markalı oğurluq əleyhinə mühərrik bloklayıcısı da hər hansı şəxsin sizin avtomobili idarə etməsinin qarşısını alır.

UCONNECT® SİSTEMİ

Bu sistem telefonlu Uconnect® 430N markalı sistemi, Mopar markalı şəbəkəni, SiriusXM® Travel Link markalı sistemi, Garmin® markalı naviqasiya cihazını və Bluetooth texnologiyalı, Uconnect® markalı səsli əmr sistemini birləşdirir

Kömək lazımdır? Bizə yazın