Continue

JEEP SAHİBLƏRİNİN 2 GÜNLÜK QUBA MACƏRASI

31 October 2017

Avtoluks Azərbaycan Jeep sahiblərini 14-15 oktyabr tarixlərində Bakı – Quba marşrutu üzrə 2 günlük macəraya dəvət edib. Avtomarafona qoşulan Jeep fanatları Böyük Qafqaz sıra dağları boyunca sinfinin lideri olan yolsuzluq avtomobilləri ilə səyahət edib. Jeeperlər yolsuzluq şəraitində vətənimizin gözəl guşələrini ziyarət edib, möhtəşəm mənzərələrlə nəzər salıb, dağ zirvələrinə qalxmaqla təbiət qoynunda aktiv həftə sonu istirahətindən zövq alıblar.

JR1A4088-min  JR1A4075-min

7S7A0417-min  7S7A0489-min

7S7A0626-min  7S7A0619-min

7S7A0667-min  7S7A0675-min

7S7A0706-min  7S7A0701-min

Qala Xudatda qurulmuş düşərgədə iştirakçılara istirahət imkanı, dadlı təamlar və əyləncə proqramı təklif olunub. İstirahətdən sonra iştirakçılar peşəkar bələdçilərin və alpinistlərin dəstəyi ilə dağ zirvəsinə qalxmaq imkanı əldə ediblər. Offroad komandasının göstərdiyi şou zamanı yolsuzluq yarış avtomobilinin məharətindən ilhamlanan iştirakçılar da özlərini sınamağa həvəsləniblər. Offroad üzrə peşəkar komandanın dəstəyi ilə Jeeperlər öz avtomobillərinin nəyə qadir olduğunu kəşf edib bir çox yeniliklər, bundan öncə istifadə etmədikləri funksiyalarla tanış olublar.

7S7A0805-min  7S7A0824-min

7S7A1013-min  IMG_9823-min

7S7A1153-min  JR1A4791-min

JR1A4760-min  JR1A4342-min

Emosiyalarla yüklənmiş tur iştirakçıları yaşanan macəradan sonra Rixos otelinə yollanıblar. Oteldə asudə vaxt və ənənəvi çay süfrəsi arxasında maraqlı səyahəti müzakirədən sonra, gecənin sonunda istirakçılara sertifikat və Avtolüks Azərbaycan tərəfindən hədiyyələr təqdim olunub.

7S7A1292-min  JR1A4100-min

Macəra artıq arxada qaldı, lakin yaşanan emosiyalar və xoş təsurat Jeeperlərin xatirələrində daim qalacaq. Avtolüks Azərbaycanın öz daimi müştərilərinə təqdim etdiyi bu imkandan gələn dəfə yararlanmağı hər bir Jeeperə məsləhət görürük.

Kömək lazımdır? Bizə yazın