Continue

Tam yeni Jeep® Wrangler

06 March 2018

Yolsuzluq şəraitinin mübahisəsiz çempionu tam yeni Jeep® Wrangler hər zamankından da bacarıqlıdır və gündəlik istifadə üçün ən yüksək rahatlıq və idarəetmə səviyyələri təmin edir.

İki tam ötürməli, aktiv, sifarişə əsaslanan daimi sistem təklif edir – Command-Trac və Rock-Trac, yeni nəsil Dana körpüləri, Tru-Lock elektrik ön – və arxa- körpü bloklayıcıları, Trac-Lok məhdud sürüşmə diferensialı və elektron ön stabilizatorun ayrılması.

Əfsanəvi Wrangler-in bütün orijinal üslub xüsusiyyətlərini qoruyan, daha yüksək açıq hava sərbəstliyi təmin edən bir neçə dam kombinasiyası olan müasir dizayn.

2018-ci ilin ikinci yarısından etibarən EMEA regionunda iki və ya dörd qapılı Sport, Sahara və Rubicon modifikasiyaları əldə edilə biləcək. Sahara modelləri eksklüziv Overland paketləri ilə təchiz edilə bilər.

Yolsuzluq şəraitinin mübahisəsiz çempionu gündəlik şəhər macəraları üçün unikal nəqliyyat vasitəsi, əfsanəvi Jeep®  Wrangler-in yeni nəsli mükəmməl rahatlıq səviyyələri və üstün idarəetmə dinamikası təklif edir. Tam yeni Jeep Wrangler Jeep brendinin 1941-ci ildən başlayan əfsanəvi tarixində yeni, bənzərsiz fəsil yazmağa hazır olan, başqa bir örnəyi olmayan nəqliyyat vasitəsidir.

Bu açıq məqsədlə də əfsanəvi Jeep Wrangler özünə sadiq qalmaq şərtilə əfsanəvi yolsuzluq şəraiti funksiyaları, əsl Jeep üslubu və qabaqcıl texnologiyası ilə  tamamilə yenilənmişdir.

Nəticə hər zamankından daha bacarıqlı Wrangler, modifikasiyadan asılı olaraq, iki qabaqcıl tam ötürməli, sifarişə əsaslanan daimi sistem, misilsiz texniki komponentlərin incə düşünülmüş rahatlığı, Command-Trac və Rock Trac, plus Tru-Lock elektrik ön və arxa körpü bloklayıcıları, Trac-Lok məhdud sürüşmə diferensialı və elektron ön stabilizatorun ayrılmasıdır.

Tam yeni Jeep Wrangler ən kobud relyeflərdən daha eksklüziv şəhər küçələrinə qədər hər yerdə özünü tam rahat hiss edir və orijinalına sadiq qalan, daha yüksək açıq hava sərbəstliyi, eləcə də təhlükəsizlik və bağlantılar üçün əlverişlilik baxımından qabaqcıl texnologiya funksiyalarını özündə birləşdirən daha modern dizayn təmin edir.

Dördüncü nəsil Jeep Wrangler üç fərqli modifikasiyada təklif olunur: Sport, Sahara və Rubicon – hamısı iki və ya dörd qapılı konfiqurasiyada və tamamilə yeni Overland paketində, eksklüziv olaraq daha unikal görünüş təmin edən Sahara versiyasında mövcuddur.

Tam yeni Jeep Wrangler bu ilin ikinci yarısından etibarən Avropa, Yaxın Şərq və Avropa ölkələri (EMEA) regionunda Jeep sərgi salonlarında olacaq.

Əfsanəvi hər yerə gedə bilən Jeep 4×4  funksiyası təkmilləşdirilib

Ən çətin yolsuzluq şəraitlərini ram etmək üçün layihələndirilmiş Jeep Wrangler 4×4 sistemlərinin hazırlanmasında yetmiş beş ili aşan liderliyin nəticəsidir. İki tam ötürücülü sistem mövcuddur: Sport və Sahara modifikasiyalarında Command-Trac və Rubicon modifikasiyasında Rock-Trac standartı yolsuzluq şəraitində səyahət üçün ən bacarıqlı və dayanıqlı modeldir. Hər iki sistemə ön və arxa çarxlara göndərilən intiqalın idarə edilməsi və nəzarəti üçün yeni Selec-Trac daimi iki sürətli bölüşdürücü qutu daxildir.

Ətraflı desək, Command-Trac tam ötürücülü sisteminə 2.72:1 aşağı diapazonlu ötürmə əmsalı olan iki sürətli bölüşdürücü qutu, yeni nəsil ön və arxa körpülər daxildir.

Jeep Wrangler Rubicon modelləri əlavə yolsuzluq məharəti təmin edirlər və ən ekstremal vəziyyətlərdə yolsuzluğun öhdəsindən gəlmək üçün 4.0:1 aşağı diapazonlu ötürmə əmsalı olan iki sürətli bölüşdürücü qutusu, ön və arxa ağır şəraitdə iş üçün nəzərdə tutulmuş yeni nəsil Dana 44 körpüləri, Tru-Lok elektron ön və arxa körpü bloklayıcıları olan Rock-Trac 4×4 sistemi ilə təchiz ediliblər.

Rubicon modelləri elektron ön stabilizatorun ayrılmasının köməyi ilə əlavə hərəkət məsafəsi və asqının tam manevrini təklif edirlər. Bu sistem sürücülərə ən sərt yolları keçmək məqsədilə əlavə çarxın hərəkət etməsi üçün ön asqı stabilizatorunu ayırmağa imkan verir.

Mövcud Trac-Lok məhdud sürüşməli arxa diferensial qum, çınqıl, qar və ya buz üzərində hərəkət kimi dartma qüvvəsinin aşağı olduğu vəziyyətlərdə sürüşmə zamanı əlavə dartma qüvvəsi və möhkəmlik təmin edir.

Hər bir Wrangler-ə əfsanəvi 4×4 bacarıqlarını sübut edən “Trail Rated” nişanı verilir. Trail Rated performansı aşağıdakı sahələrdə aparılmış bir sıra sərt sınaqların nəticəsidir: DARTQI QÜVVƏSİ, SUYUN DƏF EDİLMƏSİ, MANEVR QABİLİYYƏTİ, HƏRƏKƏT MƏSAFƏSİ və YERDƏN HÜNDÜRLÜK.

Müasir və əsl Wrangler dizaynı

Tam yeni Jeep Wrangler ənənəvi Jeep dizaynı toxunuşlarına görə dərhal tanına bilən skulptur dizayn estetikası üzərində qurulur: dairəvi faralardan, yeddi yuvalı radiator şəbəkəsinə; trapez şəkilli çarx tağlarından gözlə görünən oynaqlara; qatlanan külək şüşəsindən sport-bara; çıxarıla bilən qapılardan sərt və ya yumşaq tavanlı açıq hava konfiqurasiyalarına qədər.

Wrangler-in yeni eksteryer dizaynı bayırın, xüsusilə ekstremal yollarda daha yaxşı görünməsi üçün genişləndirilmiş pəncərələri olan alçaqlığı artırılmış mərkəzi hissəsi və geniş həcmi ilə daha cəsur və dayanıqlıdır.

Jeep dizayn komandası əfsanəvi yeddi yuvalı radiatora artıq faralarla kəsişən xarici radiator tirlərinin hər ikisinin göründüyü daha müasir görünüş verməklə əfsanəvi CJ modelinə ehtiramını nümayiş etdirib. Aerodinamikanın təkmiləşdirilməsi üçün məhək daşı formasındakı radiatorun üst hissəsi ehtiyatla arxaya çəkilib.

Sahara və Rubicon versiyalarında mövcud faralar və LED duman əleyhinə faralar kövrək bəyaz rəngli işıqlandırması ilə seçilir və Wrangler-in fərqli görünüşünə əlavə töhfə verir. İndi gündüz vaxtı istifadə olunan işıqlar faraların ətrafında halə əmələ gətirir və standart LED ön dönüş siqnalları trapez şəkilli təkər dəliklərinin qarşısında yerləşdirilib. Arxadan ənənəvi kvadrat faralar LED işıqlandırmaya malikdir.

Jeep Wrangler sahiblərinin açıq hava macəralarından zövq almağı təklif edən bir neçə kombinasiyası sayəsində unikal avtomobildir və müştərilərə çoxsaylı konfiqurasiyalar arasından seçim etməyə imkan verən müxtəlif külək şüşəsi və tavan həlləri ilə seçilir.

Bazarda mövcud olan yeganə tam açıq hava 4×4 yolsuzluq avtomobili olan tam yeni Jeep Wrangler daha yüksək açıq hava sərbəstliyi təmin edən müxtəlif dam kombinasiyaları təklif edir.

Tam yeni asan istifadə olunan Sky One-Touch elektron lyuk tam uzunluğa malik brezent tavanı bir düyməyə toxunuşla yığmaq imkanı verməklə Wrangler-in macəra və əlverişlilik vədini möhkəmləndirir.

O, tam yeni Wrangler-də mövcud iki əlavə tavan konfiqurasiyasına qoşulacaq: yeni Sunrider yumşaq tavan hissə və daha yüngül və istifadəsi asan Freedom Top və çıxarıla bilən üç panelli sərt tavan hissə.

Konkret olaraq Sunrider yumşaq tavan hissəsi parçanın idarə edilməsi üçün iki əlavə yayın əlavə olunması ilə təkmilləşdirilib. Bu yeni dizayn küləyin səsini azaltmağa kömək edir və tam, yaxud qismən açıq tavan mövqelərinə asanlıqla çıxış imkanı verir.

Modular Freedom Top sərt tavan örtüyü asan istifadə olunan üç hissəli strukturu ilə fərqlənir və daha yüngül Freedom panellərinin təqdim olunması ilə, həmçinin sərt tavan hissəsinin daha sürətli çıxarılmasına və quraşdırımasına imkan verən yaxşılaşdırılmış kilidlərlə təkmilləşdirilmişdir. Versiyadan asılı olaraq Freedom Top ya kuzov rəngində, ya da qara sərt səthli olur.

Sahara modifikasiyasına daha unikal görünüş vermək üçün eksklüziv Overland paketi mövcuddur. O, 18 inç unikal alüminium çarxlar, parlaq vurğulu fara işıqlandırmaları, kuzovla eyni rəngdə sərt ehtiyat təkər örtüyü və Overland loqosu təklif edir. Overland paketinin unikal eksteryeri ayrıca dəri interyer və Led işıqlarla tamamlanıb.

Rahatlıq və funksionallıq təklif edən yeni interyerlər

Yeni Jeep Wrangler-in interyeri yüksək keyfiyyətli material və cilalardan istifadə sayəsində daha yüksək stilli və rahat kabinədən əlavə, orijinal üslub, müxtəlif yönlülük və intuitiv istifadəni özündə birləşdirir.

Xələflərindən ilham alan mərkəzi konsol üfüqi alət panelinin dizaynını tamamlayan və model seçiminin diktə etdiyi cilalama ilə tamamlanan təmiz, geniş səthi ilə fərqlənir. Əllə işlənmiş cihaz paneli Wrangler Sahara modelləri üzərindəki fərqləndirici tikişlə birlikdə yumşaq səth xüsusiyyətinə malikdir.

Vinil örtüklü sürücü və ön sərnişin qapılarının dekorativ daxili paneli yumşaqdır və daha yaxşı komfort üçün genişləndirilmiş dirsək yerləri ehtiva edir.

Jeep Wrangler hər zaman öz funksionallığı, müştərilərinə son dərəcə asanlıqla hər hansı macəradan zövq almaq imkanı vermək bacarığı ilə seçilib. Tam yeni Wrangler istisnaya yer vermir və çoxsaylı ağıllı yük yerləşdirmə həlləri, qapıların uzunu boyu genişlənən davamlı torşəkilli ciblər, fincan altlıqları, çoxsaylı telefon yerləşdirmə yerləri təklif edir.

Əfsanəvi Jeep funksiyalarının nüvəsində etibarlı çərçivə konstruksiyası

Çərçivə konstruksiyalı dizaynı və yüksək səviyyədə layihələndirilmiş beş həlqəli asqı sistemi sayəsində Wrangler təkmilləşdirilmiş sürüş dinamikası, sərnişin təhlükəsizliyi və daha rahat idarəetmə təcrübəsi ilə dönüm nöqtəsi mahiyyətindəki 4×4 funksiyasını təmin edir.

Wrangler sınaqdan çıxmış beş həlqəli yaylı asqı konfiqurasiyasından istifadə etməyə davam edir. Ön asqıya yan nəzarət qolu, dörd üfüqi nəzarət qolu, beş halqalı arxa asqıya isə uzununa nəzarət üçün döyülmüş poladdan hazırlanmış iki yuxarı və iki aşağı nəzarət qolu və yan körpü nəzarəti üçün ştanq daxildir.

Kömək lazımdır? Bizə yazın