Xəbərlər

Azərbaycanda ilk Jeep® Tur təşkil edildi

24 July 2014

Azərbaycanda ilk Jeep® Tur təşkil edildi

Əfsanəvi xarakteri ilə məşhur Jeep-in sahibləri həftəsonu bir araya gəldilər və Azərbaycanda ilk yürüşlərini keçirdilər. Bakı-Qəbələ-Bakı turu Jeep karvanına qoşulan iştirakçılar üçün tanış olmaq, ortaq maraq və hobbilərini paylaşmaq üçün bir vasitə oldu.

 

Kifayət qədər maraqlı proqramla nə üçün məhz belə avtomobil seçdiklərini nümayiş etdirən Jeep sahibləri atıcılıq məharətlərini nümayiş etdirdilər və Qəmərvan kəndi ərazisindəki təbii sıldırımlıqlarda yeni avtomobilləri sınadılar. Jeep sahibləri Qəbələ Tarix Qoruğunda yerləşən açıq səma altında muzeyi də ziyarət etdilər.

 

Yol hərəkəti qaydalarına ciddi riayətlə və dövlət yol polisinin müşayiəti ilə keçirilən yürüş Jeep-çilərə yol boyu sevimli avtomobillərinə başqalarının diqqətini cəlb etmək imkanı verdi. Müxtəlif Jeep modellərinin, xüsusilə, JeepWrangler və Jeep Grand Cherokee-nin müxtəlif variantlarının qoşulduğu karvanda yeni Jeep modelləri də yer almışdı.

 

Karvana qoşulan jurnalistlər Jeep Grand Cherokee dizel mühərrikli modeli sınaqdan keçirə bildilər. Yürüşdə, Jeep Grand Cherokee sahibi, sevilən müğənni Miri Yusif, prodüser Emin Əfəndi də iştirak edirdi. Tədbirdən çəkilən foto şəkillər əlavə edilmişdir.

Jeep-dən YENİLİKLƏR