Continue

Yeni Jeep Grand Cherokee modeli

16 June 2023

Jeep” markasının Azərbaycanda rəsmi nümayəndəsi “Avtolüks Azərbaycan” MMC Yeni Jeep Grand Cherokee modelini təqdim edir.Yeni Jeep Grand Cherokee – Texnoloji cəhətdən daha da inkişaf etmiş, dəbdəbəli və yolsuzluğa uyğunlaşdırılmış Jeep Grand Cherokee-dir.Məşhur Dünya brendi olan Jeep avtomobillərinin rəsmi dilleri “ Avtolüks Azərbaycan “ – 5 ci nəsil tamami ilə yenilənmiş Grand Cherokee modelini yerli bazara təqdim etdi. Ən çox mükafat almış bu model SUV sevənləri yenilikləri ilə məmnun edibMüstəsna idarəetmə keyfiyyəti, rahatlıq, funksionallıq və keçilməz maneələri asanlıqla aşma qabiliyyəti, əminliklə Yeni Jeep Grand Cherokee modelini ən çox mükafat qazanan yolsuzluq avtomobili irsinin layiqli davamçısı kimi təqdim etməyə imkan verir. “Jeep Grand Cherokee” bizim qlobal flaqmanımızdır və biz Jeep brendini yüksək keyfiyyət standartları, innovativ texnologiya və intellektual tam ötürücülü sistemlə təchiz edilmiş yeni elektrikli avtomobillər dövrünə aparmağa qərarlıyıq” deyə Jeep-in baş direktoru Kristian Meunier bildirib.Öz sinfində unikal, avtomatik tənzimlənən yarı aktiv amortizasiyaya malik Jeep-in Quadra-Lift™ pnevmatik asqısı avtomobilə öz seqmentində 28,7 sm-lik ən yüksək klirens və 61 sm dərinliyində su maneəsini asanlıqla aşmağa imkan verir. Uzun təkər bazalı Yeni Jeep Grand Cherokee avtomobilinin dizaynı həmçinin tam mükəmməldir!Rahatlıq sevənlər üçün 5 oturacaqlı qısa versiya və eyni zamanda 5 və 7 oturacaqlı uzun versiya model sırasına əlavə olunmuşdur. Hər iki versiya atmosfer və turbomühərriklərlə təchiz edilmişdir.Azərbaycanda rəsmi zəmanətlə idxal ediləcək yeni model 2.0 litrlik 4 silindirli 272 at gücünə malik turbo mühərriklə və 3,6 litrlik V6 silindirli 293 at gücünə malik atmosfer müərriklə təchiz ediləcəkdir.Elektron “köməkçilərin” siyahısına adaptiv sürətə nəzarət sistemi, kor zonaların monitorinqi, 360’ kameralar və gecə görmə kamerası, parkinq köməkçisi, yol nişanının tanınması və zolağa nəzarət sistemləri daxildir.Daha ətraflı məlumat əldə etmək üçün, Jeep rəsmi satış mərkəzi ilə əlaqə saxlaya və yeni model avtomobili öncədən sifariş edə bilərsiniz.

Kömək lazımdır? Bizə yazın