Xəbərlər
Bu gün Autolux Azərbaycan şirkəti daha bir yeni modelin təqdimatını keçirib. Bu – Jeep markasının Bakıda ilk dəfə görülən Renegade Trailhawk modelidir.
Ənənəvi yeddi bölməli radiator barmaqlığından tutmuş əzəmətli görünüşə qədər, Renegade modelinin bir Jeep markalı avtomobil olduğu tamamilə aydındır. Yeni yolları kəşf etmək üçün və ya şəhərdə əyləncəli gəzintiyə çıxmaq üçün tamamilə yeni Jeep Renegade modeli istismara hazırdır, işləmək əzmindədir və işləməyə qadirdir.
Öz sinfində ən yaxşı salon həcmi və oturacaq vəziyyətlərinin çeşidi, o cümlədən yastı şəkildə qatlanan ön sərnişin oturacağı sayəsində Renegade modeli sizə öz dostlarınızı və əşyalarınızı istədiyiniz yerə aparmaq imkanı yaradır.
Sizin bir Jeep markalı avtomobildə görmək istədiyiniz bütün cəhətlər bu modeldə cəmləşib. 2.4 l həcimli mühərlik və 9 pilləli avtomatik transmissiya ilə təchiz olunmuş Renegade Trailhawk avtomobili özündə Jeep markasının ənənəvi üslubunu eləcə də yüksək texnologiyanı birləşdirir. Bütün bunlar şəhər üçün münasib olan nisbətən kiçik gövdəyə sığışır.
Renegade modelində fəal və passiv texniki və fiziki təhlükəsizlik cəhətlərinin silsiləsi, o cümlədən tam uzunluqda yan pərdə ilə birlikdə yeddi standart hava yastığı və toqquşma əsasında dizləri qoruyan hava yastığı təklif olunur.
Renegade və Jeep markasının digər modellərini görmək və onlar haqqında ətraflı məlumat almaq üçün markanın rəsmi distribütoru olan Autolux Azərbaycan şirkətinə müraciət edə bilərsiniz. Ünvan: Ü. Hacıbəyli, 57
Onu da qeyd edək ki bu yaxınlarda Autolux Azərbaycan kreditlə satışlara başlayacaq. Kredit şərtləri haqqında ətraflı məlumat almaq üçün 983 qısa nömrəsinə müraciət edə bilərsiniz.