Continue

Tanıtım

Tanıtım

jjjeeepppp

Jeep® -in Quba macəraları

: Üst-başı palçıqlı, üz-gözündə sevinc, ürəyi həyəcanlı… Yox, uşaq deyillər. Jeep® sahibidirlər. Öz Jeep® -lərini Qubanın Xınalıq kəndi istiqamətində, Qudyalçayı keçərək sınayan ekstrim həvəskarları avtomobillərinin hər hərəkətini xüsusi həyəcanla qarşılayırlar. Jeep® ailəsi bu dəfə Qubanın dağ kəndlərinə üz tutdu. İştirakçılar isə yolunda və istəklərində sərhəd tanımayan Jeep® Wrangler və dünyada ən çox mükafat almış SUV olan Jeep® Grand Cherokee avtomobilləri idi.Bu dəfəki “Jeep® Tur” tək ofroud yarışı deyil, bütün Jeep® sahiblərini birləşdirən macəra, əyləncə, ekstrim və komanda ruhunun ifadəsi oldu. Turun kempinq formatı da Jeep sahiblərinin öz istəkləri ilə seçilmişdi. Adi günlərdə rahatlıqdan imtina etməyən Jeeperlər macəra axtarışı və təbiət sevgisi ilə gecəni Qırız kəndində, təbiət qoynunda, çadırlarda keçirdilər. jeep tur Jeep® 20 avtomobili ilə Şahdağda:  “Jeep Tur 2015” adlandırılan bu dəfəki Tur yalnız Jeep Wrangler sahibləri üçün nəzərdə tutulmuşdu. Jeep sahibləri və onların qonaqlarından, eləcə də media nümayəndələrindən ibarət 50 nəfərin iştirak etdiyi turun məqsədi Jeep-in yolsuzluq məharətlərinin Azərbaycanın müxtəlif iqlim və coğrafi şəraitlərinə uyğunluğunu nümayiş etdirmək, Jeep həvəskarlarını brend ilə daha yaxından tanış etmək idi.Turda iştirak edən bütün avtomobil sahibləri  “Şahdağ» Turizm Kompleksində dincəlmək imkanı qazanmışdılar. 

Kömək lazımdır? Bizə yazın