Continue

JEEP® COMPASS

JEEP® COMPASS

CƏLBEDİCİ EKSTERYER

Onu digərlərindən fərqləndirən sərt və mükəmməl profil. Jeep® Compass aerodinamik dizaynı sayəsində inamlı mövqe nümayiş etdirir. Qararəngli dam və arxa və yan hissələri əhatə edən çərçivəsiz tam dairəvi xrom şüşə sahəsi yeni SUV-un dərhal tanınmasına imkan verir.Tamamilə yeni Jeep® Compass-da olarkən hər şeyə diqqət etmək heç bu qədər asan olmamışdı.

KOMFORT VƏ STİL

Əl ilə hazırlanmış formalar, incə Jeep® dizayn elementləri, yüksək keyfiyyətli materiallar və ən müasir texnologiya tamamilə yeni Jeep® Compass avtomobilinin interyerini marşrutlarınızı təyin etmək üçün mükəmməl mühitə çevirir. Idarəetməyə başlamaq üçün hazır dayanın, düşünülmüş şəkildə dizayn olunmuş sürücü kokpiti 7 düymlük tam rəngli Cihazlar Panelinə malikdir. Əllərinizi sükandan çəkmədən inteqrasiya edilmiş nəzarət düymələri ilə audio, səs və sürəti tənzimləyərkən qarşıdakı yola diqqətinizi cəmləyin.

 

TEXNOLOGİYADA SƏRHƏDLƏRİ AŞIR

Asanlıqla telefon zəngi etməyə, musiqiyə daxil olmağa, mesaj göndərməyə və qəbul etməyə və daha çoxuna imkan verən Jeep® Compass avtomobilində smartfon təcrübənizi artırın. Yeni özəlliklərə malik Uconnect™ 8.4 NAV sistemi sayəsində smartfonunuzu daim bağlantıda saxlamaq üçün yeni bir yol kəşf edin. Apple CarPlay sistemi iPhone istifadəçilərinə Siri səsə nəzarət sistemi ilə Apple Maps, Mesajlar, telefon və Apple Music-ə daxil olmaq imkanı verir.
Android Auto™ səs, Google Maps™ və Google Play Music™ funksiyalarına Uconnect™ sensoru və ya sükanda yerləşən düymələr vasitəsilə sərbəst şəkildə asan və təhlükəsiz daxil olmaq imkanı yaradır.

RƏQİBSİZ 4X4

Müqayisə olunmaz 4×4 özəlliyinin aparıcı və qabaqcıl yanacağa qənaət edən güc ötürmə imkanlarının kombinasiyası tamamilə yeni Jeep® Compass avtomobilini ən yığcam SUV idman avtomobilinə çevirir. İki benzin və ya dörd dizel mühərrikləri arasında seçim edin. Əfsanəvi Jeep® avtomobilinin yolsuzluq imkanı bir cüt yeni, qabaqcıl və sifarişə əsasən təchiz edilən 4×4 sistemləri ilə zənginləşdirilib və müştərilərə digər heç bir kompakt SUV-un təmin etmədiyi imkanlar təklif edir.

QAPILAR HƏR ZAMAN AÇIQDIR

Tamamilə yeni Jeep® Compass avtomobilinin panorama dam dizaynı rahat və universallıq arasında düzgün balans təmin edəcək. Bir düyməyə toxunaraq avtomatik açılan baqaj qapısı sizə geniş yük yeri təqdim edəcək. Önə qatlanan oturacaq və üç səviyyəli arxa yük döşəməsi ilə avadanlıqlarınıza yer tapacaqsınız.

YENİ PERSPEKTİVLƏRƏ AÇILIN

İki panelli geniş açılan panorama dam daxil olmaqla istifadəçiyə uyğun özəlliklərə malik tamamilə yeni Jeep® Compass sizi istədiyiniz tam təmiz hava və günəş şüaları ilə təmin edəcək.

Kömək lazımdır? Bizə yazın