Jeep® Grand Cherokee-nin hər bir elementi əsrarəngiz
gözəlliyə malikdir: onu idel xətləri ilə izləyin – Siz heç vaxt
belə zəriflik görməmisiniz. Eleqant və eyni zamanda
aqressiv, zərif və güclü: bamper formaları, LED gündüz
işıqları ilə bi-ksenon faralar və yeni yüngül lehimli disklər.
Yenilənmiş Grand Cherokee – onun imkanlarını vurğulayan
cəsarətli fərqli üslubunu qiymətləndirmək üçün bir baxış
kifayətdir. Şık, əzələli və zərif. Grand Cherokee-nin cazibəsi
çoxfunksiyalılığı növbəti səviyyəyə qaldırır və Siz heç vaxt
güzəştə getməli olmayacaqsınız.
Amerikan əfsanəsi möhtəşəm JEEP Grand Cherokee
Limited indi ən son texnoloji yenilikləri ilə qəlbləri fəth
etməyə hazırdır. Göz oxşayan LED və Diod ön və arxa
faraları, orijinal ön duman əleyhinə işıqları, ənənələrə sadiq
radiator barmaqlığı və R20 ölçülü disklər ilə artıq hamı
tərəfindən asanlıqla tanınır.
Grand Cherokee perforasiya edilmiş Nappa dəri
oturacaqları, zamşa üzlükləri və taxta bəzəkləri ilə
dəbdəbəli interyerə malikdir. Grand Cherokee-nin hər hansı
modifikasiyası gözləntilərinizi üstələyən rahatlığa zəmanət
verir.
Dəri ilə işlənmiş oturacaqlar Grand Cherokee Limited-də
standartdır. Soyuq günlərdə maksimum rahatlıq üçün ön və
arxa oturacaqlar qızdırılır. Opsiyonel CommandView®
panorama damı ilə Siz iki hissəli elektrik damını idarə edə
bilərsiniz. Panoramik dam daha çox görməyə imkan verir və
günəş əleyhinə pərdə ilə təchiz olunub.
Daxili interyer ən müasir tələblərə cavab verir. 7 düymlük
sensorlu monitoru, ən yeni uConnect media sistemi
avtomobili idarə edən zaman sürücünün işlərini
rahatlaşdırır. 8 pilləli avtomatik tip-tronik transmissiya tam
elektron halda fəaliyyət göstərdiyindən uzun yol zamanı
idarəetmədən həzz almağa maksimum şərait yaradır. Sükan
tam fərqlidir. Dizaynerlərimiz “planetimizin Nepal,
Mərakeş, Yeni Zelandiya, Böyük Kanyon və Vezüv Dağı kimi
əfsanəvi yerlərindən” ilham aldıqlarını əminliklə bildirirlər.