Grand Cherokee

Grand Cherokee

TRAIL RATED® DÖZÜMLÜ

3.0L V6 MULTIJET II DİZEL

3.0L TurboDiesel V6 mühərriki aşağı CO2 emissiyası ilə təmiz dizel texnologiyası təqdim edir. Təmiz və zərif güc ötürmə sistemi insanı valeh edən performansı ilə optimal yanacaq sərfiyyatının təmin edilməsinə kömək edir. Qabaqcıl səkkiz pilləli avtomatik transmissiya ilə
kombinasiya edilmiş Jeep® Grand Cherokee 3,500 kq-dək (7,400 funt) yük dartma qabiliyyətinə malikdir, beləliklə, siz demək olar bütün əşyalarınızı arzu etdiyiniz hər yerə apara bilərsiniz.

3.6L V6 VVT

The 3.6L Pentastar® V6 mühərriki sükana quraşdırılan dəyişdirici qollara malik mükəmməl səkkiz pilləli avtomatik transmissiyaya malikdir. Eco rejimi impressiv yanacaq sərfiyyatı təmin edir. Yedək Qrupu Paketi Grand Cherokee avtomobilinin 2,812 kq-dək (6,200 funt) yük dartmasına imkan verir.

5.7L V8 MDS VVT

Yanacağa Qənaət Texnologiyasına malik 5.7L V8 mühərriki 5200 dövr/dəqiqədə 259 Kv güc və 520 fırlanma momenti təqdim edir və 3,356 kq (7,400 funt) yükçəkmə qabiliyyətinə malikdir. Yeni təkmilləşdirilmiş səkkiz pilləli avtomatik transmissiya və Eco rejimi
mükəmməl yanacaq sərfiyyatı təmin edilməsinə kömək edir.

ECO REJİMİ

Eco Rejimi transmissiyanın dəyişmə proqramını, boş gediş sürəti və interaktiv yavaşlama zamanı yanacaq verilməsinin dayanmasını tənzimləyərək yanacaq sərfiyyatını təkmilləşdirir. V8 mühərriki ilə təchiz olunmuş modellərdə Eco Rejim həmçinin Yanacağa Qənaət silindrinin deaktiv edilməsini tənzimləyir. Avtomobil işə düşdükdən sonra Eco Rejimi Quadra-Lift® hava asqı sistemində avtomatik olaraq aktivləşir və avtomobilin sürəti 88 km/saat-ı keçdikdə (55 mil/saat) Jeep® Grand Cherokee-ni aşağı endirir. Dörd təkər
idarəetməsinə malik modellərdə sistem yanacaq sərfiyyatını artırmaq üçün fırlanmamomentinin ön-dən arxaya ötürülməsi balansını dəyişir.

HAMAR VƏ SƏMƏRƏLİ SƏKKİZ PİLLƏLİ...

İdarəetmə rejimlərinə malik elektrikli idarəetmə sistemi sayəsində üstün səmərəliliyə və daha yaxşı həssas sürücülük təcrübəsinə nail olmaq olar, bu da sükanın işini tənzimləməyə və üç rejimi hiss etməyə imkan verər: Sport, Normal, Comfort. Bütün mühərriklərdə 8 pilləli avtomatik transmissiya var və 3.0L Multijet II və 3.6L Pentastar mühərriklərində standart Mühərriki İşə sal-Dayandır funksiyası mövcuddur.

QUADRA-LIFT® HAVA ASQI SİSTEMİ

Bu inqilabi sistem avtomobilin yerdən yüksəkliyini normadan 55 mm daha çox edərək 275 mm-ə çatdırır və bununla asqınıza son dərəcə nəzarət etməyinizi təmin edir. Həmçinin onu asan giriş, çıxış və yükləmə üçün 400 mm-dək aşağı endirmək də mümkündür. Sistem eyni
zamanda faraların yolu tam işıqlandırması üçün avtomobili arxadan önə doğru qaldırır.

SELEC-TERRAIN® DARTMAYA NƏZARƏT

Əfsanəvi Jeep® avtomobilinin imkanları Selec-Terrain® dartmaya nəzarət sistemi ilə təkmilləşir və qar rejimi də daxil olmaqla istənilən şəraitdən təhlükəsiz çıxmaq üçün beş rejim təklif edir. Dartma qüvvəsi Quadra-Trac II® və ya Quadra-Drive® II 4WD sistemləri ilə daha da inkişaf etdirilib. Quadra-Lift® hava asqı sistemi optimal səfər performansı üçün hündürlüyün beş fərqli tərzdə tənzimlənməsini təklif edir.

4X4 SİSTEMİNİ SEÇİN

• Quadra-Trac II® sizi yolda tutmağa kömək etmək üçün bütün sürətlərdə dartmaya nəzarət təklif edir. Təkərin sürüşməsi baş verərsə, fırlanma momenti ən çox dartma qüvvəsi ilə oxa ötürülür. Aşağı səviyyə qaya yollardan mükəmməl şəkildə keçməyə kömək edir.
• Quadra-Drive® II təkərə 100%-dək fırlanma momenti ötürən Elektron Məhdud-Sürtünmə Diferensialı (ELSD) özəlliyi ilə sizə mükəmməl imkanlar təqdim edir, hətta lazım gəldikdə yaş və quru səthlərdə il boyu dartma qüvvəsi təmin etməyə kömək edir.